...

Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Gündəm Materials 21 İyun 2021 11:17 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Əvvəllər xaricdə terrorçu qruplara qoşulan adamların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, qaytarılanlar arasında qadın və uşaqlar var və onlarla bağlı reabilitasiya mərkəzi yaradılıb: “Dini komitə də həmin reabilitasiya prosesində iştirak edir. Ümumilikdə Azərbaycandan xaricdə terror qruplarına qatılanların sayı çox azdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti