...

Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun medalı ailəsinə təqdim edildi (FOTO)

Gündəm Materials 7 İyul 2021 17:50 (UTC +04:00)
Vətən Müharibəsi Qəhrəmanı kapitan Abdullayev Rəşad Arif oğlunun medalı ailəsinə təqdim edildi (FOTO)

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən 83 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adı verildi. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə ölümündən sonra. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğ” hərbi əməliyyatlarını başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri kimi baş vermişdir. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olmuşdur.Döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur.Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olmuşdur.2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 28.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” , ”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

07.07.2021-ci il tarixində Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhidin ailəsi ilə görüş keçirilmiş və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.

Görüşdə şəhid ailəsinin ,övladlarının arzu və istəkləri dinlənilib. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin Dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilib. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti