Bakı. Elçin Mehdiyev – Trend:
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Bunun nəticəsində 4 023 pm əyrixətli tirlər, 56 pm beton bardür, 118 pm mühafizə çəpərləri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 m2 alkapon üzlük və 21 m körpü məhəccəri yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəymiş, bundan 255.3 min manatı (67.4 %) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Twitter: @ElchinMehdiyev