...

Ankarada azərbaycanlı jurnalistlərə müharibə dönəmində ilkin tibbi yardım tədris olunub (FOTO)

Gündəm Materials 10 Avqust 2021 16:04 (UTC +04:00)
Ankarada azərbaycanlı jurnalistlərə müharibə dönəmində ilkin tibbi yardım tədris olunub (FOTO)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Ankara. Trend:

Türkiyənin Ankara şəhərində Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “Hərbi jurnalistika” mövzusunda təlimlər davam edir.

Trend xəbər verir ki, təlimin ikinci günündə müharibə dönəmində ilkin tibbi yardım tədris olunub.

İkinci günün tədrisi Polis Akademiyasında nəzəri və əyani şəkildə tədris olunub.

Xatırladaq ki, ilk gündə media nümayəndələrinə fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılması, hava və dəniz əməliyyatları, xəritənin oxunması tədris olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin (MEDİA), "Anadolu" Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb.

Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər.

Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Təlimdə Trend İnformasiya Agentliyinin əməkdaşı Elgün Mənsimov da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti