...

Azərbaycanlı jurnalistlər üçün Ankarada keçirilən təlimlərin üçüncü gününə start verilib (FOTO)

Gündəm Materials 11 Avqust 2021 13:20 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər davam edir.

Trend-in məlumatına görə, avqustun 11-də media nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib, xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Təlimlərin üçüncü günündə iştirakçılara müharibə nəzəriyyəsi və terminologiyası mövzusu tədris olunacaq.

Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə Trend-in əməkdaşı Elgün Mənsimov da iştirak edir.

Təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Təlimlərdə müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, sosial hadisələr, qaçqın düşərgələri, fövqəladə hallarda texnologiya və informasiya təhlükəsizliyi, inandırma strategiyaları, avtomobilin idarə olunması, girov götürülmə simulyasiyaları, pusqudan müdafiə üsulları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzularda 26 dərs keçiriləcək. Dərslərin 60 faizi praktiki hissədən ibarət olacaq. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.

Təlimləri uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərdə 118-i əcnəbi olmaqla 327 media nümayəndəsi qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti