...

Bakıda 7 kafe və restoranda pozuntular aşkarlanıb - SİYAHI

Gündəm Materials 12 Avqust 2021 17:11 (UTC +04:00)
Bakıda 7 kafe və restoranda pozuntular aşkarlanıb - SİYAHI

Bakı. Çingiz Səfərli - Trend:

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 11-də ölkə üzrə 401 ictimai iaşə obyektində 685 monitorinq keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎ ‎rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus “Baku” kafesi;

2. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pak Dad” restoranı;

3. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əliyev küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Akkuş Servetə məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev küçəsi 69 ünvanında yerləşən, fiziki şəxs Dəmirov Uğur Hüseyn oğluna məxsus kafe;

5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 34 ünvanında yerləşən, fiziki şəxs Bağırov Camal Valeh oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Borayev Ramazan Temraz oğluna məxsus kafe;

7. Bakı şəhəri, Suraxanı ‎‎rayonu, Mehmandarov küçəsi 51 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Kifayət Həsən qızına məxsus “Turşsu” restoranı.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti