...

Ucarda bir nəfər elektrik dirəyindən yıxılaraq ölüb

Gündəm Materials 18 Avqust 2021 09:29 (UTC +04:00)
Ucarda bir nəfər elektrik dirəyindən yıxılaraq ölüb

Bakı. Samir Əli -Trend:

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub..

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb..

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti