...

Ötən həftə 147 hektar ərazi minadan təmizlənib

Gündəm Materials 23 Avqust 2021 15:33 (UTC +04:00)
Ötən həftə 147 hektar ərazi minadan təmizlənib

Bakı. Trend:

Avqustun 16-dan 21-dək 147 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 110 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 54 partlamamış hərbi sursat aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti