Bakı. Orxan Nəbiyev - Trend:
Türkiyə sülhməramlılarının ilk qrupunu Əfqanıstandan gətirən təyyarə Ankarada eniş edib.
Trend-in məlumatına görə, təyyarə 345 nəfərdən ibarət şəxsi heyəti Esenboğa hava limanına çatdırıb.
Əfqanıstandakı Türkiyə kontingenti ümumilikdə 500-ə yaxın hərbçidən ibarətdir.
Qeyd edək ki, ötən gün türkiyəli hərbçilərin 36 saat ərzində Əfqanıstandan çıxarılacağı bildirilmişdi.
Bu gün milli müdafiə naziri Hulusi Akar təxliyə prosesinin qısa zamanda başa çatdırılacağını vurğulayıb.