Otuz doqquz illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Şuşada

Otuz doqquz illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Şuşada

Bakı. Trend:

Azərbaycan təbiətinin, tarixinin və sənətinin nadir incisidir Şuşa. Təbiət, tarix, sənət bu şəhərdən heç nəyi əsirgəməyib. Füsunkar mənzərələr, səfalı ab-hava, şəfalı sular təbiətin dağ şəhərinə ərməğanıdır. Qədim qalalar, bürclər, binalar, küçələr, bulaqlar, daşlar - tarixin yadigarlarıdır. Musiqi, şeir bu torpağın hər qarışında yaşayır. Qarabağ tarixinin, Qarabağda yaranan şeir, musiqi sənətinin zəngin ənənələri bu gün də diridir, canlıdır...

Nə az, nə çox, düz 29 ildən sonra yenidən Molla Pənah Vaqifin görüşünə gəlmişdi həmvətənləri. Yenə onun məqbərəsi ətrafında qələbəlik idi. Bəli, qələbəlik, Qələbə ovqatlı qələbəlik, Zəfər ovqatlı qələbəlik. Burada şeir söyləyən də vardı, muğam oxuyan da. Vaqifin nakam ruhu da elə buradakıların bərabərində dayanıb, hamını salamlamaqdaydı. O müqəddəs ruh ki, 3 onilliyin həsrətindən perik düşmüşdü buralardan, amma çox uzaqlara getməmişdi, elə burda öz can sirdaşlarının, can qardaşlarının gələcəyi günü səbirsizliklə gözləmişdi. Bax, o gün bu gün idi, Molla Pənah Vaqifin məqbərəsinin yenidən açıldığı gün, Vaqif Poeziya Günlərinin yenidən başladığı gün.

Bu gün 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarşılanan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.

Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.

Trend xəbər verir ki, tədbirin iştirakçılarından olan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərtac-a müsahibəsində deyir: Bu gün xoş təəssüratlar yaşayırıq. Gözlədiyimiz gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azad olundu. Bu günün şahidi olmaq xoşbəxtlikdir. Taleyimə minnətdaram ki, belə bir gün yaşadım.

Bu məqamda bir neçə məsələni qeyd etməyi özümüzə borc bilirik. Belə ki, bu günə qədər Azərbaycan xalqı öz sevimli şairini bir an da olsun unutmamışdı. Molla Pənah Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürü idi. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilmişdi.

Uzun illərdir dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği Molla Pənah Vaqif irsini də əhatə edib. Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər keçirilib.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün Şuşada keçirilən tədbirdə səslənən şeirlər də, oxunan mahnılar da Vaqif ruhuna çox yaxın idi.

Azərbaycan Yazılar Birliyinin katibi, tanınmış yazıçı-dramaturq İlqar Fəhmi bu günün tarixi əhəmiyyətini belə şərh edir: “Bir il əvvəl bizə desəydilər ki, gələn il Şuşada Vaqif Poeziya Günləri keçiriləcək, yəqin inanmazdıq. Zaman dəyişdi, bizə yuxu kimi görünən bu arzu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşdı.

Çox unudulmaz bir gündür. Burada iştirak edən hər bir insanın həyatına, yaddaşına qızıl hərflərlə yazılan bir gündür. Poeziya günləri ənənəvi olaraq 1982-ci ildən qeyd olunurdu. Erməni işğalının başlanması ilə buna ara verildi. Torpaqlarımız işğaldan azad olunandan sonra Vaqifin məqbərəsi yenidən bərpa olundu, poeziya günlərinin keçirilməsi ilə bağlı qərar verildi.

Bu gün açılışını etdiyimiz Vaqif Poeziya Günləri bir neçə gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium nəzərdə tutulub, sərgilər nümayiş olunur”.

Yeri gəlmişkən qeyd etməliyik ki, torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti təntənəyə şahidlik edirik. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir.

Bu dəyərin bariz nümunəsi olaraq Vaqif Poeziya Günlərinə ürək dolu sözlə gələnlər sırasında Xalq şairi Sabir Rüstəmxanlı da var. O, Şuşada yenidən bərpa olunan bu şeir bayramının dünyaya bir mesaj olduğunu söyləyir: “İlk növbədə Şuşanın işğaldan azad olunması, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir. Əslində, Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətandaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq”.

Bu gün Şuşada əsl bayram av-havası var, hamı danışmaq, fərəhini, sevincini bölüşmək istəyir. Hər kəsin köksündə qalibiyyətin xalqımıza bəxş etdiyi əvəzsiz sevinc hissi var. Hər kəs bu qələbəni, bu zəfəri bizlərə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də ölməz şəhidlərimizə, sağlamlığından keçmiş qazilərimizə öz minnətdarlığını yazdığı şeirdə, oxuduğu nəğmədə ifadə etmək istəyir. Bir sözlə bu gün Şuşa bir şeir, söz çələnginə dönüb.....

Qeyd edək ki, Vaqif Poeziya Günləri avqustun 31-də simpozium ilə davam edəcək.

Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Loading Bars
Xəbər lenti
Texniki Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib
Azərbaycan Avtomobil Federasiyası “Time Attack” yarışı təşkil edib (FOTO)
Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil - Nazirlik
Bakıda şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycan qaz ixracını 30 faizdən çox artırıb
Xudafərin və ətraf ərazilər bir nəfər də itki vermədən azad edilib - Əməliyyat iştirakçıları (FOTO/VİDEO)
Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb
ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
Zərərli proqrama yönləndirən məktub ala bilərsiniz - Kaspersky xəbərdarlıq edir
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini 15 milyard dollar səviyyəsinə çatdırmaqdır - Mahmut Asmalı (VİDEO)
Yaxın günlərdə maaş və pensiyaların artırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq - Nazir
Yunanıstanda Pekin Qış Olimpiya Oyunlarının məşəli yandırılıb
Balakəndə karantini pozan toy sahibi cərimələnib (FOTO/VİDEO)
Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib - RƏSMİ
Kapital Bank 2021-ci ilin üçüncü rübünün nəticələrini elan edib
Xəzər rayonunda Vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin doğum günü qeyd edilib (FOTO)
Prezident İlham Əliyev: Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur (VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb
Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur - Nazir
Sabah Bakıda yağış yağacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun! (FOTO)
Mövlud Çavuşoğlu Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycan və Türkiyənin sosial sahədə əməkdaşlıq əlaqələri genişlənəcək (FOTO)
Ermənistan tərəfindən əməli addımlar müşahidə etmirik - Nazir
Mətbuat Şurasının İdarə Heyətinin üzvü beynəlxalq tədbirdə iştirak edib
Prezident İlham Əliyev: Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı
Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb
Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb - Səttar Möhbalıyev
PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib
Ermənistanın mina xəritələrini verməməsi bərpa işlərinə xüsusi əngəl törədir - Ceyhun Bayramov
Revanşist qüvvələrə tövsiyəmiz odur ki, yanlış yolla getməsinlər - Nazir
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır, heç bir kredit götürmədən biz bu işləri görəcəyik
Prezident İlham Əliyev: Füzulidə kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq
Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul edib
Füzulidə işğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq
Prezident İlham Əliyev Qətərin Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı
Prezident İlham Əliyev: Füzulinin azad olunması xəbərini çatdıranda bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik (TAM NİTQ)
Qətər şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərinə cəlb edilə bilər
Prezident İlham Əliyev: Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır
Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir - Ceyhun Bayramov
Prezident İlham Əliyev: Həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir
Prezident İlham Əliyev müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə xalqa müraciət edib
Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - ABŞ-da pul siyasətin dəyişməsi
Mir Şahinin vaxtı (VİDEO)
Azərbaycan və Qətər XİN başçıları mətbuat konfransı keçirib (FOTO/VİDEO)
İlk dəfədir ki, müstəqilliyimizi yenidən bərpa etdiyimiz bu günü qalib xalq kimi qeyd edirik - Deputat
Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? - Nazirlik açıqladı
Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib
Azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb
Türk Şurasının baş katibi Azərbaycanı təbrik edib
Keçmiş bələdiyyə sədri rüşvətə görə həbs olunub
Xəzərin cənubunda Azərbaycan sərhədini pozmağa cəhd edən üzmə vasitələrinə atəş açılıb (FOTO)
Nazirlər Kabineti maaş və pensiyalarla bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək
Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb
Qaxda dələduzluq edən şəxs saxlanılıb
Hindistanda daşqınlardan ölənlərin sayı 26 nəfərə çatıb
Ceyhun Bayramov qətərli həmkarını qəbul edib (VİDEO)
275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub
Türkiyədən niyə "powerbank" sifariş etmək olmur? - DGK-dən AÇIQLAMA
Xocavəndə icazəsiz daxil olan şəxslər saxlanılıb
Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb
Göygöldə karantini pozan obyekt sahibləri cərimələniblər
Türkiyə səfiri Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək
9 ayda baş verən yol qəzalarında 504 nəfər həlak olub - RƏSMİ
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Koronavirus pandemiyası vərəmlə mübarizəni çətinləşdirir - AÇIQLAMA
Qazaxıstanda koronavirusa daha 1 642 nəfər yoluxub
Rusiyada şagird məktəbdə odlu silahdan atəş açıb
Tayvanda 4 nəfər daşqınlar nəticəsində ölüb
Zidan "Qızıl top" üçün öz favoritini açıqladı
Blinken Qətərin XİN rəhbəri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb
Britaniya Türkiyə PUA-ları ilə maraqlanır
İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi
Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb
Albaniyada zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar (YENİLƏNİB)
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Bütün xəbərlər