...

Xəzər sahilində gənc qadın meyiti tapılıb

Gündəm Materials 1 Sentyabr 2021 09:48 (UTC +04:00)
Xəzər sahilində gənc qadın meyiti tapılıb

Bakı. Trend:

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir.

Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti