...

Yaxınları iki aydan çoxdur itkin düşən şəxsi axtarırlar

Gündəm Materials 1 Sentyabr 2021 10:56 (UTC +04:00)
Yaxınları iki aydan çoxdur itkin düşən şəxsi axtarırlar

Bakı. Samir Əli - Trend:

Şirvan şəhər sakini, 53 yaşlı İslam Zeynalov iyun ayının 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarını rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti