Kəlbəcər. Elgün Mənsimov - Trend:
Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Kəlbəcər rayonunda səfərdə olub.
Trend xəbər verir ki, iki günlük səfər zamanı jurnalistlər Kəlbəcərin bir neçə istiqamətində müxtəlif kəndlərə, rayon mərkəzinə, İstisu sanatoriyasına, Söyüdlü və Zar yaylaqlarına, eləcə də "Xudavəng" məbədinə baş çəkiblər.
Səfər çərçivəsində Kəlbəcərdə məskunlaşan fermerlər - arıçılar və kənd təsərrüfatı ilə məşğul olan digər şəxslərlə də görüş olub.