...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 19 Sentyabr 2021 16:50 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda bu gün 51 300 nəfər vaksinasiya olunub.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 357 117 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti