...

"Yeni Klinika" Elnur Əşrəfoğlunun son vəziyyətini açıqlayıb

Gündəm Materials 22 Sentyabr 2021 13:34 (UTC +04:00)
"Yeni Klinika" Elnur Əşrəfoğlunun son vəziyyətini açıqlayıb

Bakı. Trend:

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.

"Yeni Klinika"dan Trend-ə verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır:

"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti