...

44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr

Gündəm Materials 2 Oktyabr 2021 00:01 (UTC +04:00)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalq mediada ölkəmizin haqlı möveqyini müdafiə edərək İkinci Qarabağ müharibəsinin bşlanma səbəblərinin, regiondakı son vəziyyəti dünya ictimaiyyətinə çatdırıb.

- Oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Ağdərə istiqamətində qoşunlarımız Madagizdəki (indiki Suqovuşan) ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayıb. Saat 00:00-dan 07:00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina ediblər.

- Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub. Ağdam rayonunun Xındırıstan, Əlıbəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulub.

- Müdafiə Nazirliyi döyüşlərdən yeni görüntülər yayıb. Düşmənin canlı qüvvə və texniki vasitələri məhv edilib.

- Ermənistan hərbi qulluqçuları Tərtər şəhəri Şıraxarx qəsəbəsində yerləşən uşaq bağçasına zərbələr endiriblər.

- Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutub. Ermənilərin atəşə tutduğu yaşayış massivlərini çəkən jurnalistlər qəfil atəşə məruz qalıb. Ermənilər jurnalistlərin olduğu ərazini artilleriyalardan atəşə tutub.

- Erməni əsgərlər arasında atışma olub. Gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki (indiki Suqovuşan) Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

- Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib

- Ermənistan ərazisindən Şəmkirin Sabirkənd yaşayış məntəqəsinə atılan 10-a yaxın raketlər “Toçka-U” taktiki raket kompleksindən buraxılıb.

- Ermənistan Silahlı Qüvvələrinin 193-cü desant həmlə taboru Hava Endirim Komanda Birliyinin döyüş bayrağı və Azərbaycan Ordusunun gücü qarşısında aciz qalaraq döyüş meydanından qaçan düşmən ordusunun çoxlu sayda silah-sursatı qənimət kimi ələ keçirilib. Düşmənin səhra idarəetmə məntəqəsi göyə sovurulub və Düşmənin daha bir neçə canlı qüvvə və döyüş texnikası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti