...

Polis Siyəzəndə narkotik vasitələr satan şəxs saxlayıb

Gündəm Materials 3 Oktyabr 2021 12:31 (UTC +04:00)
Polis Siyəzəndə narkotik vasitələr satan şəxs saxlayıb

Bakı. Trend:

Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti