Bakı. Fərid Zöhrabov -Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi bu gün “Pervıy Kanal” televiziyasında yayımlanıb.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
- Müdafiə Nazirliyi xəbər verir ki, Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 ədəd BM-21 “Qrad”ı, D-20 artilleriya qurğuları və onların heyətləri də bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Hər bir hörmət edilən dövlətin vəzifəsi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda apardığı mübarizəni dəstəkləməkdir.
- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin görüntülərini yayıb.
- Müdafiə Nazirliyi ələ keçirilən düşmən qənimətlərinin videogörüntülərini yayıb.
- Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb
- Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirədə deyib ki, düşmən tərəfindən “İsgəndər” raket kompleksləri tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
- DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən terrorçuların radio danışıqlarını ələ keçirib.
- Ermənistan tərəfdən vuruşan daha iki muzdlu-terrorçu məhv edilib.
- Ermənistan Silahlı Qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub.
- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin ələ keçirdiyi düşmənə məxsus zirehli texnikaların videogörüntüləri yayılıb.
- Düşmənin Ballıca məntəqəsindəki silah-sursat anbarı heyətlə birlikdə dağıdılıb. Azərbaycan Ordusunun əks-hücumu qarşısında tab gətirə bilməyən ermənilər döyüş mövqelərini tərk edərək qaçıb.
- Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən düşmən postu və qənimətlərin yeni görüntülərini yayıb.