Bakı. Samir Əli - Trend:
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş mövqelərini tərk edərək qaçıb.
Trend-in məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, bu gün düşmən hərbçiləri bir neçə məntəqəni tərk edib: "Əks hücum əməliyyatları davam edir. Düşmən depressiya vəziyyətindədir".