...

Parlament Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi

Siyasət Materials 6 Oktyabr 2020 12:07 (UTC +04:00)
Parlament Madagizin Suqovuşan adlandırılmasını təsdiq etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclis bir neçə gün öncə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.

Trend-in məlumatına görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı ordumuz tərəfindən bu tarixi qələbə yüksək qiymətləndirilib və Azərbaycan ordusunun tam zəfər qazanacağına inam ifadə olunub. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti