Bakı. Trend:
Bu gün Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.