...

MDU Ukraynada keçirilən beynəlxalq konfransda fəal təmsil olunub (FOTO)

Gündəm Materials 8 Oktyabr 2021 23:36 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevir Dövlət Universiteti (MDU) 2021-ci ilin 7-8 oktyabr tarixlərində Kiyev Milli İqtisadiyyat Universitetində (KNEU) keçirilən "Ukraynada marketinq təhsili" mövzusunda 5-ci beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukraynanın, Serbiyanın, Albaniyanın, Qırğızıstanın tanınmış ali təhsil müəssiələrinin qatıldığı konfransda MDU-dan rektor Şahin Bayramov və bir qrup akademik heyət üzvlü iştirak ediblər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın plenar iclasında giriş sözü ilə çıxış edən MDU-nun rektoru Ş.Bayramov mövzunun aktuallığından və son dövrdə KNEU ilə uğurla reallaşdırılan əməkdaşlıq əlaqələrindən danışıb. Konfransda MDU-nun fəal təmsil olunmasını sözügedən əməkdaşlığın bariz nümunələrindən biri kimi dəyərləndirən Ş.Bayramov tərəfdaş universitetdə təşkil olunan beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Konfransda MDU əməkdaşlarından Saqib Məmmədov “Son istehlakçıların davranış motivlərində inkişaf meylləri”, Nazim Niftəliyev “Elektron marketinq və onun tələbat baxımından mərhələləri”, Günel Kərimli “Sahibkarlıq inkişafının marketinq menecmenti”, Aynur Namazova “İnvestisiyaların idarə olunmasının əsasları” mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və verilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, son dövrdə MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti