...

İcra hakimiyyətlərindəki monitorinq qruplarının işi bizi qane etmir - Komitə

Gündəm Materials 19 Oktyabr 2021 10:30 (UTC +04:00)

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı baş verən məsələlərlə məşğul olur. Bu istiqamətdə bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir

Trend-in məlumatına görə, bunu "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, monitorinq qruplarına müxtəlif kontingentdən olan şəxslər daxildir: "Monitorinq qrupları tədqiqatlar aparmalı, müxtəlif tədbirlər həyata keçirməlidirlər. Lakin monitorinq qruplarının işi bizi qane etmir"

O həmçinin qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə bağlı baş vermiş məsələlərlə məşğul oluruq. Ölkədə məişət zorakılığı istiqamətində fəaliyyət göstərən sığınacaqlar var:

"Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində bu sığınacaqlar mövcuddur"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti