...

157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)

Gündəm Materials 28 Oktyabr 2021 10:09 (UTC +04:00)
157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Humay Ağacanova -Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından yüksək texnologiyalı protezlərlə təminata başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Onlardan 144-ü aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. İstifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Digər 13 qazi isə yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsi ilə sosial həyata daha tez və rahat inteqrasiya imkanı yaradır. “ÖSSUR i-Limb Ultra” bioelektrik əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti