...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 31 Oktyabr 2021 17:44 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 113 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 024 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti