...

Rusiya Müdafiə Nazirliyi COVID-19-a qarşı qida əlavəsi hazırladığını açıqlayıb

Gündəm Materials 12 Noyabr 2021 04:21 (UTC +04:00)
Rusiya Müdafiə Nazirliyi COVID-19-a qarşı qida əlavəsi hazırladığını açıqlayıb

Bakı. Trend:

Rusiyalı hərbi mütəxəssislər koronavirusa qarşı profilaktika vasitələrinin hazırlandığını, həmçinin dərman bitkiləri və digər təbii materiallar əsasında bioloji aktiv əlavənin (BAA) dövlət qeydiyyatına alındığını elan edib.

Trend xəbər verir ki, Rusiya SQ Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov bildirib ki, 27-ci Elmi Mərkəzdə əsas komponentləri bədənin antiviral müdafiəsini artıran təbii mənşəli maddələr olan bioloji aktiv əlavələrin nümunələri hazırlanmışdır. Noyabrın əvvəlində onların COVID-19-a münasibətdə effektivliyi qiymətləndirildikdən sonra əlavələrindən birinə dövlət qeydiyyatı haqqında şəhadətnamə alınıb.

"Təcrübələrimiz göstərdi ki, “KovBAD” adlı bioloji aktiv qida əlavəsinin istifadəsinin artıq ikinci günündə burun-boğazda virusların miqdarı iki dəfə, 6-cı gün isə 16 dəfə azalıb. Nəticədə, insan orqanizminə təsir də azalır, xəstəlik daha az ağırlaşmalarla davam edir", deyə Kirillov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti