...

Azərbaycan son illər uşaq hüquqları ilə bağlı xeyli iş görüb - UNICEF rəsmisi

Gündəm Materials 18 Noyabr 2021 14:38 (UTC +04:00)
Azərbaycan son illər uşaq hüquqları ilə bağlı xeyli iş görüb - UNICEF rəsmisi

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan son illər uşaq hüquqlarının qorunması və onların inkişafı ilə bağlı xeyli iş görüb.

Trend-in məlumatına görə, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan Uşaqların V Ümumrespublika Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, UNICEF bu sahədə Azərbaycanla əməkdaşlıq edir və bir sıra layihələr həyata keçirilir:

"Son illər Azərbaycanda uşaqların inkişafı ilə bağlı həm qanunvericilik, həm də işlərin icrası baxımından bir sıra tədbirlər həyata keçirilib. Biz uşaqların hüquqları ilə bağlı və digər sahələrdə Azərbaycan hökuməti ilə birgə bir sıra layihələr həyata keçiririk. Bunlar arasında uşaqların erkən inkişafı, ana və uşaq sağlamlığı, erkən nikahlar, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə çıxışı və s. məsələlərlə bağlı proqramlar var. Lakin hesab edirik ki, görüləcək işlər də hələ az deyil. Biz Azərbaycanı bu sahədə dəstəkləyəcəyik", - deyə UNICEF rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti