...

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib (FOTO)

Gündəm Materials 19 Noyabr 2021 12:01 (UTC +04:00)
Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti