...

Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN

Gündəm Materials 1 Dekabr 2021 19:25 (UTC +04:00)
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı şəhərinin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur.

Trend xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edirlərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Tofiq Yaqubluya isə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti