...

Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı

Gündəm Materials 2 Dekabr 2021 13:14 (UTC +04:00)
Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı

Bakı. Trend:

Prezidentin köməkçisi Hikmət Hacıyev DSX helikopterinin qəzası ilə bağlı yayılan məlumatlardan danışıb.

Trend-in məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib ki, belə hadisələr zamanı müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur.

Onun sözlərinə görə, ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir:

"Nəzərə almaq lazımdır ki, insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, belə hadisələr zamanı bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa həlak olan, yaralanan insanların adı çəkilir. Bu, ailələr üçün zərbə ola bilər", - deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, bu məsələdə Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi.

"Media peşəkarlıq göstərərək dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısını aldı. Amma sosial media məkanında təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmağımız vacibdir” - deyə Prezidentin köməkçisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti