...

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı (FOTO)

Gündəm Materials 13 Dekabr 2021 11:22 (UTC +04:00)
8 nəfərin zəhərləndiyi dönərxana bağlandı (FOTO)

Bakı. Samir Əli -Trend:

Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən "Dönər market" dönər evinin fəaliyyəti dayandırılıb.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. "Dönər market" in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.

Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti