...

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edilib

Gündəm Materials 5 Yanvar 2022 23:28 (UTC +04:00)
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edilib

Bakı. Trend:

Kərim Məsimov Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Tokayevin imzaladığı digər fərmana görə, Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Sagimbayev təyin edilib. Buna qədər Saqimbayev Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti