...

Bu tədris ili məktəbli formalarına maraq çox az olub - Bakı Tekstil Fabriki

Gündəm Materials 6 Yanvar 2022 20:36 (UTC +04:00)
Bu tədris ili məktəbli formalarına maraq çox az olub - Bakı Tekstil Fabriki

Bakı. Elçin Mehdiyev – Trend:

Bu tədris ili məktəbli formalarına maraq çox az olub. Çox az sayda valideyn övladlarına məktəbli formaları alıblar.

Bu barədə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva Trend-ə açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.

S.Babayeva vurğulayıb ki, mağazalarda lazımi sayda məktəb formaları olub.

“Məktəbli formalarının satışı çox aşağı olub. Valideynlər çox az maraq göstərdi. İnsan axını yox idi, valideynlər maraq göstərmirdi. Təbii ki, bu, pandemiya ilə əlaqədar olaraq belə idi, onlar bilimirdi məktəb davamlı olaraq açıq olacaq, ya yox”, - deyə S.Babayeva qeyd edib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün kifayət qədər məktəbli forması ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti