...

İranda daha 31 nəfər koronavirusdan ölüb

Gündəm 16 Yanvar 2022 14:58
İranda daha 31 nəfər koronavirusdan ölüb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 2 292 nəfər koronavirusa (COVID-19) yoluxub, 31 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 075 nəfərə, yoluxanların sayı isə 6 221 033 nəfərə çatıb. Virus daşıyıcılarından 1 345 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 064 646 nəfər koronavirusdan sağalıb, 43,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 126 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 12,5 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti