...

Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib

Gündəm 17 Yanvar 2022 05:46 (UTC +04:00)
Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib

Bakı. Trend:

“Brave Knight” quru yük gəmisi Türkiyənin Gəmi Hərəkətinə Nəzarət Mərkəzinin koordinasiyası ilə losman, KURTARMA-8, KURTARMA-10 yedək gəmiləri və KEGM-6 qayıqlarının müşayiəti altında Böyükdərə dayanacağı zonasında təhlükəsiz şəkildə lövbər salınıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi öz "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, gəmi lövbər saldıqdan sonra Bosfor boğazı boyunca hər iki istiqamətdə gəmilərin hərəkəti açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti