...

Zakir Həsənov Ankarada Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)

Gündəm Materials 1 Fevral 2022 18:50 (UTC +04:00)
Zakir Həsənov Ankarada Ulu Öndərin abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 1-də general-polkovnik Z.Həsənov Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, Ulu Öndərin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti