Bakı. Trend:
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların martın 21-də davam etdiriləcəyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə M.Podolyak Ukraynanın "Strana" nəşrinə deyib.
"Bəli, əlbəttə. Sabah səhər. Növbəti raund. Bundan əvvəl işçi alt qruplarda son dərəcə gərgin iş aparılıb", - deyə o bildirib.