...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 1 May 2022 16:55 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 928 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 380, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 962, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 303 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 653 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 600, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 351, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti