...

Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

Gündəm Materials 6 May 2022 17:51 (UTC +04:00)
Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib

Bakı. Trend:

Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti