...

Azərbaycan Ukrayna şəhərinə 20 ton humanitar yardım edib

Gündəm Materials 11 May 2022 02:31 (UTC +04:00)
Azərbaycan Ukrayna şəhərinə 20 ton humanitar yardım edib

Bakı. Trend:

Ukraynanın Dnep şəhərinə Azərbaycandan 20 ton humanitar yardım çatdırılıb. Humanitar yardımda uzun müddət saxlanıla bilə məhsullar və dərmanlar yer alıb.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bunu şəhərin meri Boris Filatov deyib.

B.Filatov həmçinin Azərbaycanın səfiri Elmira Axundovaya və Azərbaycan xalqına minnətdarlığını bildirib, Dnepr şəhərinin böyük azərbaycanlı icmasının yaşadığı bir şəhər kimi bu dəstəyi həmişə xatırlayacağını qeyd edib.

"Biz bu yardıma görə Azərbaycanın səfirliyinə və xalqına ürəkdən səmimi minnətdarlığımızı bildiririk", - deyə "Ölkənin Müdafiə Fondu" adlı xeyriyyə fondunun sədri Natalya Kostyuçenko bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti