...

Ordumuzun mövqeləri atəşə tutulub - MN

Gündəm Materials 19 May 2022 18:27 (UTC +04:00)
Ordumuzun mövqeləri atəşə tutulub - MN

Bakı. Trend:

Ordumuzun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti