...

Dünyada bir həftə ərzində COVID-19-dan ölənlərin sayı 11 faiz azalıb

Gündəm Materials 26 May 2022 04:03 (UTC +04:00)

Bakı. Trend:

Son bir həftə ərzində 3,7 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxma hallarının sayı 3 faiz, ölənlərin sayı isə 11 faiz azalıb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Bildirilib ki, keçən həftə, mayın 16-dan mayın 22-dək, "yanvardakı yüksək göstəricilərdən sonra [COVID-19-un yeni yoluxma hallarında] azalma tendensiyası davam etdi".

Xəstəlik 3 faiz, ölüm isə 11 faiz azalıb. ÜST-ə 3 721 079 infeksiyaya yoluxma və 9 440 ölüm faktı barədə məlumat daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti