...

"LOT Polish Airlines" aviaşirkətinin Transatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək - idarəedici direktor

Gündəm Materials 28 May 2022 20:00 (UTC +04:00)
"LOT Polish Airlines" aviaşirkətinin Transatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək - idarəedici direktor

Bakı. Trend:

"LOT Polish Airlines" aviaşirkətinin Transatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək

Trend-in məlumatına görə, bu barədə aviaşirkətin idarəedici direktoru Rafal Milçarski Varşava-Bakı-Varşava beynəlxalq reysinin açılması münasibətilə keçirilən mətbuat konfransında deyib.

""Bizim Nyu-York, Çikaqo və digər şəhərlərə transatlantik şəbəkəmiz azərbaycanlılar üçün də əlçatan olacaq", - deyə o bildirib.

R.Milçarski qeyd edib ki, milyonlarla polşalı turistin Azərbaycana gələcəyinə şübhə etmir:

"Paytaxt Bakının gözəlliyi və Azərbaycan mətbəxinin zərif dadı heyranedicidir".

Aviaşirkətin idarəedici direktoru, həmçinin Azərbaycanda, o cümlədən Qarabağda turizm sektorunun gələcək uğurlu inkişafına ümid etdiyini bildirib:

"Mən də Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə qoşulmaq istərdim. Azərbaycan və Polşa xalqlarının qədimdən qarşılıqlı hörmət ənənələri var. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr bundan sonra da çiçəklənəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti