Bakı. Trend:
Hüquq-mühafizə orqanları tərəfindən Binə və Sədərək ticarət mərkəzlərində müxtəlif şirkətlərə icarəyə verilən anbarlarda əməliyyat keçirilib.
Trend-in əldə etdiyi məlumata görə, əməliyyat zamanı anbarlarda xarici ölkələrdən Azərbaycana idxal olunan malların vergidən yayındırılması və digər qanun pozuntuları ilə bağlı axtarışlar aparılıb.
Keçirilmiş əməliyyatla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.