...

Bərdədə şəhid ailəsinin evi yanıb (FOTO)

Gündəm Materials 18 İyun 2022 10:29 (UTC +04:00)
Bərdədə şəhid ailəsinin evi yanıb (FOTO)

Bərdə. Trend:

Bərdədə fərdi yaşayış evində güclü yanğın baş verib. 4 otaqlı ev içərisində olan əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Trend xəbər verir ki, rayonun Alpout kəndində şəhid ailəsinə məxsus ev yanıb. Hadisə şahidlərinin sözlərinə görə, kənd sakini Nazilə Zeynalovaya məxsus fərdi yaşayış evi elektrik naqillərində baş verən qısa qapanmadan yanıb. Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı şəhid ailəsinə küllü miqdarda ziyan dəyib.

Qeyd edək şəhid İlham Abdullayev Birinci Qarabağ münaqişəsində Füzuli və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Fərdi yaşayış evində baş verən yanğınla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti