...

Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir - Fuad Oktay

Gündəm Materials 26 İyun 2022 15:36 (UTC +04:00)
Türkiyə İsveç və Finlandiyadan konkret addımlar gözləyir - Fuad Oktay

Bakı. Trend:

Türkiyə İsveç və Finlandiyadan NATO-ya üzv olmaq təkliflərini qəbul etmək üçün konkret addımlar gözləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Fuad Oktay bildirib.

"Amma bizi qane edəcək konkret addımlar hələ də atılmayıb. Biz hələ bu mərhələyə çatmamışıq, amma çatsaq, o zaman suallar olmayacaq. Konkret addımlardan danışarkən biz terrorla mübarizəni nəzərdə tuturuq. Bura həm də bu ölkənin sərhədləri daxilində terror fəaliyyətinin qadağan edilməsi daxildir", - deyə Türkiyə vitse-prezidenti qeyd edib.

F.Oktay əlavə edib ki, Türkiyə terror təşkilatlarına dəstək verən ölkələrin NATO sərhədləri daxilində olmasını istəmir: "Bu, bizim mövqeyimizdir, Türkiyənin NATO-nun genişlənməsinə isə etirazı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti