...

Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur - Nazir

Gündəm Materials 1 İyul 2022 12:26 (UTC +04:00)
Meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur - Nazir

Bakı. Trend:

Azərbaycanda bu günə kimi meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır: "Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək".

Nazir qeyd edib ki, meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur: "Bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti