...

Bu gündən 4 günlük bayram tətili başlayır

Gündəm Materials 9 İyul 2022 00:01 (UTC +04:00)
Bu gündən 4 günlük bayram tətili başlayır

Bakı. Trend:

Bu gündən Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq.

Bununla da, iyul ayının 9-dan 13-dək Azərbaycanda Qurban bayramı ilə əlaqədar ardıcıl qeyri-iş günü olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti