Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir.
Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib.