Bakı. Trend:
Yunus Emre İnstitutunda 2016-cı il 15 iyul Türkiyədə dövlət çevirilişinə cəhdin qarşısının alınmasına həsr olunan "15 iyul şəhidlərinin anım, demokratiya və milli birlik günü" mövzusunda tədbir keçirilib.
Trend-in məlumatına görə tədbirin açılışı zamanı çevirilişə cəhdin qarşısını alarkən şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət Himni səsləndirilib.
Tədbirdə Türkiyə və Azərbaycan hökümət nümayəndələri, Türkiyə səfirliyinin əməkdaşları, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, ictimaiyyət nümayəndələri iştirak edib.
Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Barış Sayğın çeviriliş cəhdi bəradə ətraflı məlumat verib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə hər zaman haqq-ədalət tərəfdarı olub.
"Hər iki xalq eyni tarixi köklərdən gəldiyimizi sübut etdilər. Bizim vətəni şanlı edən qəhrəmanlardır. Onların sayəsində tarixi bir dövlət olduğumuzu sübut etmişik. Bizim millət sağlam və böyükdür", - deyə E.Əliyev bildirib.
Tədbirdə, həmçinin, 15 iyul hadisələri zamanı çəkilən fotolardan ibarət sərgi nümayiş olunub.